Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.

Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.

Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

***14:05

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat verilib.

Bildirilir ki, iki ölkə liderləri Putinin Azərbaycana səfərinin uğurlu nəticələrindən məmnun olduqlarını bildiriblər. Prezidentlər həmçinin qeyd ediblər ki, danışıqlar zamanı əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsinə töhfə verəcək.

Gülayə Mecid