Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalist Hayk Xalatyanın Azərbaycan hökumətinin guya Qarabağda ermənilərə qarşı həyata keçirdiyi "etnik təmizləmə" və "ermənilərin Qarabağa qayıtması ilə bağlı sualını şərh edib.
"Unikal" xəbər verir ki, Zaxarova təxribatçı sual verən erməni jurrnalisti yerində oturdub.
“Etnik təmizləməyə gəlincə, düzünü desəm, hesab edirəm ki, siz və mən artıq Ermənistanda hörmətli beynəlxalq təşkilatların nümayəndələrinin bu məsələ ilə bağlı hansısa nəticəyə gəlib-gəlmədiyini soruşmuşuq. Hətta altı ay əvvəl biz bunu sizinlə müzakirə edəndə belə, etnik təmizləmə ilə bağlı beynəlxalq təşkilatların və ya beynəlxalq təşkilatda çalışan ekspertlərin qələmindən çıxacaq bir qərar və ya bir qiymət mənə verə bilməzdiniz. Əgər sizdə varsa, zəhmət olmasa mənimlə paylaşın və ya bəzi müvafiq təxminləri təqdim edin.
Rusiyanın erməni əhalisinin Qarabağa qaytarılması məsələsinin həllini necə görməsinə dair sualınıza gəlincə, mən aydınlıq gətirmək istərdim - Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyan bunu necə görür? Bunun üçün ətraflı proqram varmı? Məsələn, mən Azərbaycan tərəfinin əhalinin Qarabağa, son vaxtlara qədər orada yaşayan erməni əhalisinin qaytarılması təklifi ilə dərc etdiyi proqramı gördüm. Belə bir proqramı Azərbaycan tərəfi təqdim edib. Mən onu gördüm. Əgər Ermənistanın baş naziri tərəfindən hansısa proqram hazırlansa, mən də ona baxmağa şad olaram, sonra şərh verərdim”, - deyə Zaxarova bildirib.