Avropa Liqasının və Konfrans Liqasının pley-off mərhələsinin ötən gecə keçirilən cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
"Unikal" xəbər verir ki, KL-də Azərbaycan təmsilçisi “Zirə” evdə “Omoniya”nı 1:0 hesabı ilə məğlub edib. Paytaxt klubu ilk görüşdə 0:6 hesabı ilə uduzduğu üçün turnirdə mübarizəsini dayandırsa da, cavab matçındakı qələbəsi ilə Azərbaycana 0,250 xal qazandırıb.
Buna baxmayaraq, Azərbaycanın siyahıdakı mövqeyi dəyişməyib. Hesabında 19,125 xal olan ölkəmiz 26-cıdır.
Cari mövsüm Azərbaycan klubları ümumilikdə 2,375 xal qazanıblar. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, sıralamaya 89,303 xalla İngiltərə liderlik edir.