Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ərazilərimiz işğaldan azad edildikdən sonra çoxsaylı kütləvi məzarlıqların aşkarlanmasına baxmayaraq, Ermənistan itkin düşənlərin yerini açıqlamaqdan imtina edir. 4000-ə yaxın ailə onilliklərdir ki, yaxınlarını gözləyirlər və yaxınları haqqında məlumat almaq onların əsas hüququdur.
Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır.
Azərbaycan itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirəcək”- deyə məlumatda bildirilir.