Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belarus Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri İqor Sekretoyla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə diplomat X hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Bu gün mən seçkilərdə müşahidəçi qismində iştirak edən Belarus Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri İqor Sekretoyla görüşdüm.
Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinə uyğun olaraq ikitərəfli gündəlikdə duran məsələlər müzakirə edilib.
Regional və qlobal problemlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb".