İngiltərə millisinin 26 yaşlı qapıçısı Aaron Ramsdeyl “Arsenal” klubundan “Sauthempton”a keçib.

"Unikal" xəbər verir ki, bu barədə “Sauthempton”un mətbuat xidməti məlumat yayıb.

Futbolçunun yeni klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

“Sauthempton” Ramsdeylin transferi üçün “topçular”a təxminən 21,5 milyon avro ödəyib.

“Sauthempton”un İngiltərə Premyer Liqasında ilk iki turdan sonra 2 xalı var. Komanda turnir cədvəlində 16-cı yerdədir