Türkiyə Azərbaycanla yanaşı, bütün türk dövlətləri ilə birlik və bərabərlik sərgiləyir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin məzuniyyət mərasimində çıxışı zamanı bildirib.
“İki dövlət - tək millət” şüarı ilə hərəkət etdiyimiz Can Azərbaycanla necə bir və bərabəriksə, digər türk dövlətlərindəki qardaşlarımızla qəlblərimiz bir döyünür”, - o vurğulayıb.