Türkiyənin “Qalatasaray” komandası iki futbolçusunu icarəyə verib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Vilfrid Zaha cari mövsümü Fransanın “Lion” komandasında, Derrik Kön isə Almaniyanın “Verder” kollektivində keçirəcək.
Qeyd edək ki, Zaha 2023-cü ilin iyulunda, Kön isə bu ilin fevralında “Qalatasaray”a keçmişdi.