Yeni transferlər uyğunlaşma problemləri yaşayır.
"Unikal" xəbər verir ki, bunu "Sumqayıt"ın məşqçisi Samir Abasov "Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının V turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Matç elə formada gedirdi ki, sanki ya heç-heçə olacaq, ya da qol vuran udacaq. Meydanda mübarizə var idi. Çalışdıq ki, geri düşəndən sonra oyunu ələ alaq. Ötən il də vəziyyətimiz bu cür idi. Yeni transferlər uyğunlaşma problemləri yaşayır. Yəqin ki, milli fasilə bizə kömək olacaq. Üzərimizdə çalışıb, daha yaxşı vəziyyətə gələcəyik. Qarşıdakı oyunlara baxacağıq".
Qeyd edək ki, ölkə çempionatının V turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı uduzub.