"Ailələrinin və sevdiklərinin itkin düşmüş şəxslərlə bağlı onların heç olmasa harada olduqları barədə məlumat almaq hüquqları var".
"Unikal" xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik "Report"un sualını cavablandırarkən deyib.
Qeyd edək ki, rəsmi məlumatlara görə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4000-dək Azərbaycan vətəndaşı itkin düşüb.
Sözçü Ermənistanı bu məsələ ilə bağlı duyarlı olmağa çağırıb:
"Bütün dünyada itkin düşmüş şəxslərlə bağlı onların ailələrinin və sevdiklərinin heç olmasa onların harada olduqları barədə məlumat almaq haqları var. Onların sevdiklərini azad etmək hüquqları var, onların başına nə gəldiyi haqqında məlumat almaq hüquqları var. Biz bütün üzv dövlətləri bu məsələ ilə bağlı duyarlı olmağa və hərəkətə keçməyə təşviq edirdik".
O əlavə edib ki, BMT bu humanitar problemin həlli mövzusunda Azərbaycanla və bu mövzuda BMT ilə işləmək istəyən hökümətlərlə işləməyə hazırdır:
Qeyd edək ki, avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir.