Sentyabrın 1-i səhər saat 5 radələrində Kəlbəcər RPŞ-yə rayonun Vəng kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları sözügedən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, R. İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübahrək Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

10:08

Kəlbəcərin Vəng kəndində "VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, oradakı tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə nəticəsində ölüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, digər sərnişin M. Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.

Murad İbrahimli