Külək Xaçmaz rayonunda fəsadlar törədib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmaz-Xudat avtomobil yolunun Nərəcan kəndindən keçən hissəsində külək iri gövdəli ağacı kafenin üstünə aşırıb.

Nəticədə bir mərtəbəli tikliyə ciddi ziyan dəyib, kafedə olan şəxslər isə xəsarət alıb.

Həmçinin adıçəkilən ərazidə qırılaraq magistiral yola düşən ağac parçaları avtomobillərin hərəkətini çətinləşdirib.

Xanlar Qaraca