Azərbaycan güləşçisi Cocu Səmədov İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.
"Unikal" xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda qazaxıstanlı Asan Janişovla qarşılaşıb. Rəqibinə məğlub olan (0:8) güləşçimiz fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycanın digər güləşçisi Rahim Həsənov (55 kiloqram) təsəlliverici görüşdə çinli Huoyinq Şiyə tam üstünlüklə (10:1) qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada rusiyalı Alibek Amirova uduzaraq (0:10) mundialı 5-ci sırada başa vurub.
Məhəmməd Şükürzadə (63 kiloqram) təsəlliverici görüşdə iranlı Erfan Carkaniyə 1:3, Məzaim Mərdanov (130 kq) isə təsəlliverici qarşılaşmada qırğızıstanlı Samaqan Ormonova 0:9 hesabı ilə məğlub olub. Qeyd edək ki, sentyabrın 2-dən başlayan dünya çempionatı ayın 8-dək davam edəcək.