Hindistanın qərbində 15 nəfər naməlum xəstəlikdən qəfildən ölüb.

"Unikal" xarici mediaya isitnadən xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

"Qucarat əyalətinin Kutç bölgəsindəki Lakhpat qəsəbəsində son səkkiz gündə müəmmalı qızdırmadan ölənlərin sayı 15-ə çatıb, lakin səlahiyyətlilər hələ də onun səbəbini müəyyən edə bilməyiblər", - məlumatda deyilir.

Naməlum qızdırma sentyabrın 3-dən 7-dək uşaqlar da daxil olmaqla on nəfərin ölümünə səbəb olub. Daha sonra ən azı daha beş ölüm qeydə alınıb.