Tovuzda yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndi ərazində qeydə alınıb. Yanğın kənd qəbirstanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbirstanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq, tam söndürülüb. Qəbirstanlıqdakı bəzi köhnə məzar daşlarına qismən ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov