Paytaxtın Nəsimi rayonundakı 16 mərtəbəli yaşayış binasının zirzəmisində tüstülənmə baş verib.
"Unikal" xəbər verir ki, ilkin ehtimala görə, elektrik naqilləri qısaqapanmadan əriyib.
"Elatus" geyim mağazasının da yerləşdiyi əraziyə FHN qüvvələri və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub.
Tüstüdən zəhərlənənlərin olduğu deyilir.
Ağarza Elçinoğlu
Bakıda 16 mərtəbəli binanın zirzəmisində qısaqapanma olub. pic.twitter.com/Kj8Lry2aXu
— Unikal.az (@UnikalOrgPortal) September 28, 2024