ABŞ prezidenti Co Bayden İsrailin hücumu nəticəsində öldürülən "Hizbullah" lideri Həsən Nəsrullahı yüzlərlə amerikalının qətlinə görə cavabdeh adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ lideri buna görə İsrailin özünümüdafiə haqqını dəstəklədiyini açıqlayıb: "Həsən Nəsrullah və onun rəhbərlik etdiyi terror qruplaşması, “Hizbullah” qırx illik terrorda yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıyır. Onun İsrailin hücumu ilə ölümü onun çoxsaylı qurbanları, o cümlədən amerikalılar, israillilər və Livan vətəndaşları üçün ədalət ölçüsüdür".
Bayden əlavə edib ki, ABŞ-nin Qəzza və Livandakı məqsədi diplomatiya yolu ilə gərginliyin azaldılmasıdır.
Ağarza Elçinoğlu