Rusiyanın baş naziri Mixail Mişustin bazar ertəsi İrana rəsmi səfər edəcək və burada respublika rəhbərliyi ilə danışıqlar aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. İran prezidenti Məsud Pezeşkian və birinci vitse-prezident Məhəmməd Rza Ariflə görüşlər planlaşdırılır.
Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcəyi bildirilir.