Rusiya ordusu Ukraynanın Xarkov vilayətində bomba atıb. Bomba partlayışı nəticəsində nəhəng atəş topu yaranıb və şok dalğası binaları dağıdıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə anbaan kameralara əks olunub.
Görüntüləro təhlil edən bəzi hərbi ekspertlər istifadə edilən bombanın ODAB-9000 termobarik partlayıcı olduğunu bildiriblər. Mütəxəssislər 9000 kiloqram ağırlığında olan bombanın ilk dəfə döyüş meydanında istifadə edildiyini bildirirlər. Rusiya Xarkovda nəhəng partlayışı yaradan bomba növü ilə bağlı açıqlama verməyib.
Analitiklərin fikrincə, ODAB-9000 gözlənildiyindən daha yavaş irəliləyən Rusiya ordusunun irəliləyişini sürətləndirmək üçün istifadə edə biləcəyi üsul ola bilər.
"Bombaların atası" olaraq da bilinən ODAB-9000 havanı həddindən artıq sıxaraq və partlayış nəticəsində həddindən artıq qızmış havanı buraxaraq nəhəng partlayış yaradır.
Gülayə Mecid