ATƏT-in əsas mandatlarından biri Minsk Qrupunun həmsədrliyi çərçivəsində Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün əlverişli çərçivənin təmin edilməsi idi.
"Unikal" xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Dublində keçirilən payız sessiyası zamanı Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan deyib.
"Təəssüflər olsun ki, bu səylər davamlı sülhün bərqərar olması üçün kifayət etmədi və regionumuz 30 illik müharibə və dağıntılardan keçdi.
Bu məclis bütün bunların şahidi olub, Ermənistanla Azərbaycan arasında debatlar və toqquşmalar üçün platforma rolunu oynayıb. Amma bu gün mən bu uzun münaqişə tarixini vərəqləmək üçün buradayam. Mən ehtiyatlı nikbinlik mesajı ilə gəldim, çünki Ermənistanla Azərbaycan arasında sülh sadəcə olaraq uzaq bir ümid deyil, mümkündür, bizim üçün əlçatandır.
Ermənistan dialoqa hazırdır...Biz bu fürsəti əldən verə bilmərik", - deyə deputat qeyd edib.
Ağarza Elçinoğlu