“Kontakt” mağazalar şəbəkəsi öz ad gününü müştəriləri ilə birgə qeyd edir və bu münasibətlə böyük endirimli kampaniyaya start verib.
"Unikal" xəbər verir ki, şəbəkənin ad günü bir gün olsa da, 60%-dək endirimli bu kampaniya düz oktyabrın 13-dək davam edəcək.
Bu dəfə fürsətlər, sözün əsl mənasında, qaçırılmayacaq qədər cəlbedicidir. Çünki ilk dəfə olaraq məhsulların 60%-dək endirimli qiymətini 24 ayadək bölərək faizsiz və ilkin ödənişsiz ödəmə imkanı ilə əldə etmək mümkündür. Yəni, burada həm büdcənizə dost, həm də istəklərinizə uyğun alış-veriş sizi gözləyir.
Kampaniya müddətində təqdim edilən bəzi məhsullar isə xüsusilə cəlbedicidir. Onlardan:
128 Gb-lıq və Super Amoled ekranlı Samsung Galaxy A24 smartfonunu indi 500 yox, 370 manata;
109 sm diaqonallı və 4K görüntülü Toshiba smart televizorunu 1250 yox, 600 manata;
Core i3 prosessorlu HP Pavilion notbukunu 1200 yox, 900 manata;
311 lt həcmli və NoFrost əritmə sistemli Beko soyuducusunu 1000 yox, 600 manata;
Baza və yataq mexanizmli Sədəf divanını isə 600 yox, 370 manata almaq sizi çox sevindirəcək.
Bu endirimlər “Kontakt”ın ad günündə sizə təqdim etdiyi fürsətlərin yalnız bir hissəsidir. Çünki hələ etdiyiniz hər alış-verişlə şeş-qoşa ataraq “Sea Breeze”-dən dəniz mənzərəli lüks mənzil sahibi olmaq imkanınız da var.
Bu təkliflərdən yararlanmaq həm sərfəlidir, həm də çox asandır! 10 gün, 10 gecə davam edəcək bu ad günü partisində pay sahibi olmaq üçün “Kontakt” mağazalarına və ya kontakt.az saytına baş çəkməyiniz kifayətdir.