Siyavuş Novruzov Söyün Sadıqovu təhqir etdi
21:51 29-06-2013
CƏMİYYƏT
Siyavuş Novruzov Söyün Sadıqovu təhqir etdi
"O bazar adamıdır"
"Söyün Sadıqov sırf bazar adamıdır. Ona görə də hansısa ciddi siyasi təhlilə, siyasi struktura malik olmayan insandır. Sadəcə bazar, kababçılıq və sair belə işlər məşğul ola bilir".
Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov "Azerros"un keçmiş prezidenti, Rusiya Milli Birlik Partiyasının təsisçisi Söyün Sadıqovun son günlər Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Rusiyanın adından verdiyi bəyanatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, ümumiyyətlə Söyün Sadıqovun bu kimi şərhləri çox savadsız üslubdadır: "Onun əsas marağı ondan ibarətdir ki, ara qarışdırsın. Özü hərdənbir gedir Gürcüstana, orada da aranı qarışdırmaq istəyir. O bir sözlə Rusiya hakimiyyətinə yarınmaq istəyir ki, öz biznes şəbəkəsini genişləndirsin, biznesinin toxunulmazlığı üçün hansısa bir dəstək əldə etsin".
S. Novruzov deyib ki, S. Sadıqov Azərbaycan vətəndaşı deyil və bir dəfə də olsun ölkəmizdə olmayıb: "Buna görə də o Azərbaycan haqqında nə düşünə bilər və nə danışa bilər? Onun yalnız ətrafında olan 5-6 bazar adamının arasında hörməti ola bilər. O nə Azərbaycanda, nə də Gürcüstanda hansısa bir hörmətə layiq olan adam deyil". Ekspertlər hesab edir ki, əslində həqiqətən Söyün Sadıqov uzun illər siyasətdən kənar olub və öncələr FSB ilə sıx əməkdaşlığı olan və tikinti işləri ilə məşğul olan şəxs hesab edilib. Maraqlıdır, bəs onda hansı səbəbdən rəsmi Kreml bu cür şəxsə bu qədər səlahiyyətlər verib? Yəni onun yerinə milyonerlər klubunda olan daha qabiliyyətli başqa şəxs gətirilə bilinməzdimi? Ekspertlər bunu bir neçə məsələ ilə əlaqələndirirlər. İlk növbədə əsas səbəb budur ki, həmin milyonerlərin Azərbaycanda da biznesləri var və lazım olan anda hakimiyyət onlara təsirini göstərə bilər. Söyün Sadıqova gəldikdə isə o, Azərbaycandan çox uzaqdır və heç vaxt Azərbaycanla hansısa bağlılığı olmayıb. Buna görə də o, daha rahat şəkildə sifarişləri həyata keçirir. Başqa bir tərəfdən heç bir milyoner zamanını ayırıb Azərbaycanda siyasi proseslərə müdaxilə etməyi qəbul etməz. Söyün Sadıqova gəldikdə isə əslində onun biznesi çox aşağı səviyyədədir və hazırda onun təyinatı bizneslə məşğul olmaq deyil, Azərbaycanda konflikt ocaqları yaratmaqdır. Başqa tərəfdən ekspertlər hesab edir ki, Söyün Sadıqovun heç vaxt prinsipial hansısa mövqeyi olmayıb. Rəsmi Kremlə isə belə bir şəxs lazımdır ki, ona istədiklərini dedizdirə bilsinlər. Söyün Sadıqovun son açıqlamasıda bunun bariz nümunəsi idi. Çünki bu açıqlama əslində ən peşəkar konfliktoloqlar tərəfindən hazırlanmışdı və iki mühüm məqsəd var idi. Birinci məqsəd hakimiyyət daxilində haçalanmanın rüşeymlərini yaratmaq, ikinci məqsəd cəmiyyətdə belə bir rəy yaratmağa istək var idi ki, hakimiyyət artıq parçalanır. Söyün Sadıqov kimi bir tikinti adamının isə belə bir səviyyəsi və kofliktoloji bilgisi ola bilməzdi.
Bunu da qeyd edək ki, Söyün Sadıqovun məhz bu keyfiyyətlərini nəzərə alaraq baş nazirin keçmiş birinci müavini Abbas Abbasovu oyuna qoşdular. Hazırda ümumi rəhbərlik Abbas Abbasovda prinsipial məsələlərdə isə qabağa çıxan Söyün Sadıqovdur. Ekspertlər hesab edir ki, seçkilərə az vaxt qalanda Söyün Sadıqov daha da aktivləşdiriləcək və Rusiyada yaşayan azərbaycanlıların hakimiyyətə qarşı yönəldilməsinə cəhdlər olacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17