Virciniyalı qadının başına gələnlər hər kəsin diqqətini çəkib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  daha çox pul qazanmaq üçün kazinoya üz tutan amerikalının bəxti gətirməyib. Bütün pulunu kazinoda itirən qadın məyus şəkildə oyun evini tərk edib. 

Qadın daha sonra Hannoverdəki Arundel Mills Exxon stansiyasında dayanıb və lotereya bileti almaq qərarına gəlib. Nəticədə lotereya bileti ona 50.000 dollar uduş gətirib. Qalib bildirib ki, onun pul mükafatı hesabları ödəmək, xeyriyyəçiliyə bağışlamaq və gələcəyə qənaət etmək üçün istifadə olunacaq.

Gülayə Mecid