Beynəlxalq təşkilatlar hərəkətə keçdi
21:53 29-06-2013
CƏMİYYƏT
Beynəlxalq təşkilatlar hərəkətə keçdi
AŞPA heyətini müəyyənləşdirdi
Artıq əksər ekspertlər hesab edir ki, bu ilki prezident seçkiləri kifayət qədər ağır keçəcək. Ən azından ona görə ki, ölkə kənarından olacaq təzyiqlərin kəsərliyi artacaq. Həqiqətən də prezident seçkilərinə hələ bir il qalmış məhz erməni lobbisinin gücü ilə bir sıra beynəlxalq təşkilatlar və bəzi qərb dövlətləri Azərbaycanla bağlı sərt mövqe sərgilədilər. Bu sırada Fransa ilə Almaniyanı xüsusi olaraq qeyd etmək lazımdır.
Bundan başqa aydın oldu ki, Ermənistanda keçirilən prezident seçkiləri Avropada normal qəbul edildi və süni şəkildə belə rəy yaradıldı ki, artıq Ermənistan demokratik ölkə hesab edilə bilinər. Hətta təklif edildi ki, AŞPA-in Ermənistan üzərində olan nəzarəti götürülsün. Bundan başqa Ermənistan Avropa Şurasının Nazirlər Kabinetinə sədr seçilməsi də Ermənistanın imkanlarını artırdı. Belə olan halda erməni lobbisi çalışır ki, Azərbaycandakı prezident seçkilərinin qeyri-demokratik keçməsi haqqında rəy yaratsınlar və bununla da regionda balansı öz xeyirlərinə dəyişdirsinlər. Hazırda bütün güc bu istiqamətə qoyulub və çalışılır ki, beynəlxalq təşkilatların seçkilərdə müşahidəçi kimi iştirak edəcək nümayəndələrinin sayını artırsınlar. Bu istiqamətdə ilk addım isə Avropa Şurasından gəldi. Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyasının rəhbəri və tərkibi müəyyənləşib. Bunu AŞ PA-nın yay sessiyasının yekunlarını şərh edərkən Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Seyidov bildirib ki, AŞ PA-nın təqribən 32 nəfərdən ibarət seçki müşahidə missiyası, 7 nəfərdən ibarət isə seçkiöncəsi missiya formalaşacaq.
Onun sözlərinə görə, sessiya çərçivəsində missiyanın rəhbərinin təyin olunması baş tutdu. Bunlar rəsmi olaraq AŞ PA Bürosu tərəfindən bir neçə gündən sonra açıqlanacaq: "Büro üzvü kimi bunu açıqlaya bilmərəm. Ancaq Büronun iclasında bu məsələlər yekunlaşdı. Bununla bağlı AŞ PA-dakı bütün siyasi qruplar öz namizədlərini verdilər. Büroda onlar öz namizədlərinin təqdim etdilər. O cümlədən, ümumi şəkildə missiyanın rəhbərinin namizədliyi müzakirə olundu. Prosedur qaydalarına görə, seçkiöncəsi missiya seçkilərdən bir ay əvvəl, seçki müşahidə missiyası isə seçkilər müddətində Azərbaycanda olacaq."
Ekspertlər hesab edir ki, AŞPA-in müşahidəçilərinin sayını artırması təsdiqləyir ki, digər qurumlarda müşahidəçilərin sayının artmasına çalışacaqlar. Bu günlərdə müxalifət nümayəndələri də bəyan etmişdilər ki, seçki zamanı çalışacaqlar ki, müşahidəçilərin və jurnalistlərin sayının on mindən çox olmasına nail olsunlar. Hazırkı proses də məhz bu istiqamətdə gedir. Bunu da qeyd edək ki, daha böyük nümayəndə heyəti ilə seçkilərə nəzarət edəcək qurum ATƏT olacaq. Məhz buna görə Azərbaycan hakimiyyəti təkliflə çıxış etmişdi ki, ATƏT-in Bakı bürosunun səlahiyyətləri azaldısın. Amma ATƏT rəhbərliyi bunu heç bir halda qəbul etməyəcəklərini bəyan etdilər. Bundan başqa daha geniş tərkibli müşahidə qrupu MDB-dən gələcək. Öncələr MDB qrupu seçkilərin nəticələrinə loyal yanaşsalarda bu dəfə aqressiya müşahidə olunacaq. Çünki hazırda Rusiya ilə Azərbaycan münasibətləri qaydasında deyil və Rusiya seçkilərə istənilən şəkildə müdaxilə etməyə çalışır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17