Quba rayonunda intihar hadisəsi baş verib. 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmazda yaşayan, 41 yaşlı Mövlud Əlimuradov Qubanın Gənclər qəsəbəsinə atasının evinə gələrək həyətdəki ağacdan özünü asıb. 

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır. 

Xanlar Qaraca