Eldar Namazov Moskva səfərindən danışdı
21:54 29-06-2013
CƏMİYYƏT
Eldar Namazov Moskva səfərindən danışdı
Fəzail Ağamalı: "Eldar Namazovun Moskva səfəri müxalifətçilik imitasiyasından başqa bir şey deyil"
Milli Şuranın Aparatının rəhbəri və El Hərəkətaının sədri Eldar Namazov bir neçə günlük Moskva səfərindən sonra Bakıya qayıdıb. O, bu səfərin məqsədi və MŞ sədri Rüstəm İbrahimbəyovla baş tutan görüşü barədə bildiirb ki, "Rüstəm bəylə Milli Şuranın formalaşması ilə bağlı gedən proseslər, Şuranın qarşıdan gələn sessiya ilə bağlı məsələlər, Rüstəm bəyin Avropa və Türkiyə səfərləri ilə bağlı müzakirələr apardıq. Səfərin Milli Şuranın gələcək fəaliyyəti üçün çox məhsuldar olduğunu deyə bilərəm".
Mllət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının "Unikal"a bildirdiyinə görə, "Azərbaycanın taneyeklü problemlərini həll etmək istəyən şəxsiyyətin mənəvi-milli təfəkkür tərzi bu xalqa yaxın, doğma olmalıdır. Milli Şuranın lideri kimi çıxış edən rüstəm İbrahimbəyov isə bu keyfiyyətlərdən uzaq adamdır. Onun düşüncə tərzi rusların və qan düşmənimiz olan ermçənilərin düşüncələrinə daha yaxındır. Bir qədər keçmişə boylansaq görərik ki, Rüstəm İbrahimbəyovun ermənilərə sevgisinin tarixi kökləri var. O, hər zaman ermənilərə, həm də fərq qoymadan, Ermənistanın adi vətəndaşından tutmuş terroru yaradan, Azərbaycan torpaqlarının işğalında fəal iştirak edən, Xocalı soyqırımını törədənlər belə olmaqla erməni xalqına məhəbbətini heç zaman gizlətməyib".
Partiya sərinin fikrincə, "R.İbrahimbəyov kosmopolit bir insandır. Onun Azərbaycanın nə dünəni, nə bu günü, nə də sabahı ilə hər hansı bir bağlılığı yoxdur. Sadəcə olaraq onun üçün bir Azərbaycan vətəndaşlığı var, bir Azərbaycanda doğulması var, bir də adının, soyadının, atasının adının azərbaycanlı olması var. Onun ruhu, düşüncəsi, daxili aləmi, yaradıcılığında Azərbaycanın milli mənəvi dəyərlərini əks etdirən heç nə yoxdur".
F.Ağamalının sözlərinə görə, Rüstəm İbrahimbəyov bütün dünyaya vəhşi azərbaycanlı obrazını təbliğ edib. Budur onun Azərbaycana xidməti. Bu gün başqa bir rakursda R.İbrahimbəyov özünün missiyasını davam etdirir. Onun erməni sevgisi Əkrəm Əylislinin erməni sevgisi ilə paralellik təşkil edir. Bunlar bir medalın üzləridir. Şübhə də etmirəm ki, bunlar vahid mərkəzdən idarə olunurlar və bu gün Azərbaycana qarşı mübarizənin önündə gedirlər".
Partiya sədri hesab edir ki, R.İbrahimbəyov kinorejissor, dramaturq kimi nə dərəcədə məşhurdursa və hörmətə layiqdirsə, siyasətdə də bir o qədər diletant və zəif adamdır.
F.Ağamalının sözlərinə görə, onun Azərbaycanda və o cümlədən bölgədə gedən proseslər barəd təhlilləri çox primitiv xarakter daşıyan təhlillərdir: "Buna görə də onun hansı fakta, hansı arqumentə söykənərək, belə fikirlər söylədiyini bilmirəm. Ancaq onu bilirəm ki, Rüstəm İbrahimbəyovun fikirlərini ciddi qəbul etmək lazım deyil. O, əslində öz sözündən daha çox başqasının sözünü deyir və onun demiş olduğu fikirlər də politoloji cəhətdən kifayət qədər yükə malik deyil.
Eyni zamanda düşünürəm ki, qarşıdan gələn prezident seçkiləri, onun özünün də arzuladığı kimi, hər hansı bir problem olmadan keçəcək. Azərbaycan xalqının etimad göstərdiyi şəxs - mən belə bir şəxsi, belə bir siyasətçini, dövlət xadimi kimi İlham Əliyevi görürəm - ölkə prezidenti seçiləcək. Əgər cənab Prezident öz namizədliyini irəli sürsə, Azərbaycan xalqının ona növbəti dəfə etimad göstərəcəyinə heç bir şübhə yoxdur".
Milli Şuranın sədri, müxalifətin vahid namziədi olacağı ehtimal olunan kinodramaturq Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmaqdan qorxması və özündə cəsarət tapmaması ilə bağlı açıqlaması cəmiyyətdə birmənalı qəbul olunmayıb. Onun rus mətbuatına müsahibəsi zamanı söylədiyi fikirlər təmsil olunduğu Milli Şura tərəfindən də də ciddi təpki ilə qarşılanıb və qurumda təmsil olunan partiya sədrləri sədrdən təcili olaraq Bakıya dönməyi və siyasi proseslərə rəhbərlik etməyi tələb ediblər.
Fəzail Ağamalı hesab edir ki, "Eldar Namazovun Moskva səfəri müxalifətçilik imitasiyasından başqa bir şey deyil. Azərbaycan rəhbərliyi həm Moskva ilə, həm də Qərblə kifayət qədər anlaşıqlı əlaqələr qura bilib. Xaricdən dəstək almaq ümidilə turist səfərləri təşkil etmək uğurlu taktika deyil".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17