14 yaşlı çempion
20:33 02-07-2013
CƏMİYYƏT
14 yaşlı çempion
Ruslan Rüstəmov:” Avropa çempionatında istərdim ki,rəqiblərimdən biri erməni olsun və bir qubadlılı olaraq nələrə qadir olduğumu göstərim”
Son zamanlar Azərbaycanda idmanın demək olar ki, hər bir sahəsi sürətlə inkişaf etməkdədir. Avropa və dünya çempionatlarında, olimpiada yarışmalarında artıq Azərbaycan söz sahibinə çevrilib və demək olar ki, hər il yeni idmançılar dünya miqyasında tanınırlar.
Bu gün təqdim edəcəyimiz gənc idmançı Ruslan Rüstəmovda artıq imzasını imzalar sırasına qatmaqdadır. Bir neçə ay öncə boks üzrə Bakı çempionatına qatılan 14 yaşlı Ruslan Rüstəmov bütün rəqiblərini qabaqlayaraq birinciliyi qazana bilmişdi. Ruslan Rüstəmov 1999-ci ildə Bakı şəhərində anadan olsada, özünün dediyi kimi qanında qubadlılı qanı axır və idmanda uğurlarını da məhz bu qanla əlaqələndirir.Ruslan bizimlə söhbətində daha sonra bunları bildirdi: -“Qubadlını görməsəmdə atam deyir ki, orda insanlar çox vuruşqan olublar və ermənilərə hər zaman güclərini göstəriblər. Məndə Qubadlılıyam və ermənilərə qarşı savaşmağa hazırlaşıram”. Bunu da qeyd edək ki, Ruslan Bakı şəhərində "Rabitəçi" klubunda məşq edir. Klubda ona peşəkar məşqçi İlham Əlimzanov döyüş qaydalarını öyrədir və qısa müddətdə o, bir sıra uğurlara imza atıb. Ruslan keçdiyi idman yolu ilə bağlı bunları dedi:-“ Ötən ilin dekabrında Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş boks yarışında çıxış etdim və 15 saniyə müddətində rəqibimi noqdauna sala bildim. Bundan sonra digər rəqiblərimlə də ciddi görüşlərim oldu. Nəticədə bütün rəqiblərimə qalib gələrək birinci yerə layiq oldum. Buna görə də birinci dərəcəli diplom və boks əlcəyi mükafat olaraq aldım. İkinci dəfə başqa bir böyük yarışa qatıldım. Bu dəfə 2012-ci ilin fevral ayında orta məktəblər arasında keçirilən respublika yarışında iştirak edirdim. Bu yarış daha çətin və ağır olacaqdı deyə, müəllimimiz xüsusi proqramla bizi yarışa hazırladı. Bu yarışda da müəllimimizin ümidini doğrulda bildim və bütün rəqiblərin üzərində təmiz qələbə qazanmaqla birinci yeri tutdum.Daha sonra Bakı çempionatına qatıldıq. Onda da qarşımıza xüsusi tapşırıqlar qoyulmuşdu. Müəllimimiz bizdə inam yaratmışdı ki, bu yarışdan da qalib çıxmalıyıq. Bakı miqyaslı bu yarışda da 4 rəqibim var idi. Bu yarışda da rəqiblərim kifayət qədər güclü və peşəkar idi. Buna baxmayaraq bütün rəqiblərin üzərində qələbə qazandım və yenə də birinciliyə sahib oldum”. Ruslan Rüstəmov beləcə qələbələrinin sayını artırmağa başlayıb. İndi isə daha ciddi bir yarışda söz sahibi olduğunu sübut edə bildi. Bakı çempionatından sonra respublika çempionatına hazırlaşan Ruslan bu dəfə də birinciliyi əldən vermədi. O,son döyüşü ilə bağlı da danışdı:-“Respublika çempionatı hər zaman ağır olur. Buna görə ciddi şəkildə hazırlaşmışdıq və elə rəqiblərim var idi ki, onlar dünya səviyyəli boksçular idi. Amma qarşıma qoyduğum məqsədə çatmalı idim və çatdımda. Bakı çempionatından fərqli olaraq respublika çempionatı çox ağır olur. Çünki bu yoldan sonra artıq dünyaya çıxırıq”. Qeyd edək ki, Ruslan Rüstəmov hazırda Avropa çempionatına hazırlaşır. O,Avropa çempionatı ilə bağlıda danışdı :-“Bildiyim qədəri ilə Avropada kifayət qədər ciddi rəqiblər olacaq. Ümumiyyətlə son illər boks sahəsində yeni idmançılar var və çox iddialıdılar. Amma müəllimlərimizin xüsusi proqramla bizə hazırlıq keçmələrinə görə özümüzə inamımız çoxdur. Düzdür,birinci dəfədir ki, bu səviyyəli yarışda iştirak edəcəyəm. Amma özümə inamım çoxdur və bilirəm ki, bayrağımızı ən uca yerə qaldıracağam.Sona qədər birinciliyi qorumaq və olimpiya çempionu olmaq istəyirəm. Bunun üçün yaxşı imkanlar yaradılıb və çox istəyirəm ki, prezident İlham Əliyevin bizlər üçün yaratdığı bu şəraitdən ağılla bəhrələnib, olimpia medalını ölkəmizə gətirmək istəyirəm. Mən özümə inanıram və bu günə qədər qarşıma qoyulan vəzifələri necə yerinə yetirmişəmsə, bundan sonra da eyni qaydada davam edəcəyəm”. Ruslan Rüstəmovun sən demə həm də başqa bir arzusuda var. Ruslanın arzusu isə kifayət qədər maraqlıdır:-“Çox istəyirəm ki, Avropa çempionatında rəqiblərimdən biri erməni olsun və ona bir qubadlılı olaraq nələrə qadir olduğumu göstərim”. Ruslan Rüstəmov qəzet vasitəsi ilə bir daha məşqçilərinə, Boks Federasiyasının rəhbərliyinə və nəhayətdə prezident İlham Əliyevə yaradılan şəraitə görə təşəkkürünüdə bildirdi:-“ Mən minnətdarlığımı bildirməklə yanaşı söz verirəm ki, bir Azərbaycan boksçusu kimi dünyaya gücümü göstərəcəyəm. Buna zərrə qədər şübhəm yoxdur”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47