Müsavatın namizədliklə bağlı gizli planı
20:38 02-07-2013
CƏMİYYƏT
Müsavatın namizədliklə bağlı gizli planı
İsa Qəmbər namizədliyini Rüstəm İbrahimbəyova güzəştə gedənə oxşamır
Müxtəlif radikal müxalif qrupların təmsil olunduğu Milli Şurada vahid namizədlik məsələsində tərəflər daha kəskin və bir-birilərinə qarşı məkrli mübarizəyə başlayıblar. Belə ki, Milli Şuranın vahid namizədi olmaq uğrunda hazırda çoxlu tərəflərin iştahası olsa da, iki əsas rəqib ortadadır. Bunlardan biri Eldar Namazov, Eldəniz Quliyev, Zəfər Quliyev, ALP, Rəsul Quliyev tərəfindən namizədliyi dəstəklənən Rüstəm İbrahimbəyovdur. Digəri isə Müsavat Partiyasının başqanı İsa Qəmbərdir.
Qeyd edildiyi kimi, tərəflər arasında Milli Şuranın namizədi olmaq üstündə amansız rəqabət gedir. Tərəflərdən heç biri digərinə namizədliyini güzəştə getmək istəmir. Öncədən İbrahimbəyov yalnız Milli Şuraya sədr olacağını, namizəd olmaq istəmədiyini vəd edib, müxalif partiyaları Milli Şuraya cəlb etməyə nail olsa da, sonradan onun bu məsələdə gizli niyyəti olduğu üzə çıxmışdı.
Beləliklə, R.İbrahimbəyov Eldar Namazov, Eldəniz Quliyev və digərlərinin dili və əli ilə həm də namizəd olmaq iddiasını reallaşdırmağa başladı. Milli Şurada namizədlik məsələsində Eldar Namazov və ya Əli Kərimli ilə toqquşacağını zənn edən Müsavat Partiyasının sədri İsa Qəmbər üçün isə bu məsələ bir qədər gözlənilməz oldu.
Ona görə də Rüstəm İbrahimbəyovun namizədlik iddiasının əsassız olduğunu isbatlamağa girişən müsavatçılar belə tezislər irəli sürdülər:
Milli Şuranın vahid namizədi siyasətdə təcrübəli, arxasında partiya dayanan, seçkidə bir neçə dəfə iştirak etmiş, seçki vaxtı ölkədə olan, ölkəyə gəlməkdən və həbsdən qorxmayan birisi ola bilər.
Beləliklə, müsavatçıların müəyyənləşdirdikləri və Milli Şurada başqalarına da qəbul etdirmək istədikləri kriteriyalar tamamilə Rüstəm İbrahimbəyovun əleyhinə işləyirdi.
Çünki onun nə siyasi təcrübəsi var, nə partiyası, nə də ki, ölkədə deyil və seçki ərəfəsində də ölkəyə gələ bilməyəcəyi daha ağlabatandır.
Hər halda, bu kriteriyalar müsavatçıların subyektiv maraqlarına xidmət etsə də, eyni zamanda R.İbrahimbəyovun siyasətçi və namizəd kimi yararsızlığını da büruzə verməyə hesablanmışdı.
Buna baxmayaraq, Milli Şurada təmsil olunan digər partiyalar İsa Qəmbərlə ziddiyyətlərini və köhnə ədavətlərini burada da davam etdirdilər. Onlar Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayandılar.
Bu partiyalara AXCP, Lalə Şövkət-ALP, Rəsul Quliyev-ACP və digərləri aiddir. Beləliklə, Milli Şurada təmsil olunanların çoxunun Müsavata qarşı dayanması müsavatçıları namizədlik məsələsində bir qədər ehtiyatlı və fəndgir mövqe sərgiləməyə vadar etdi.
Təbii ki, eyni zamanda da İsa Qəmbər namizədliyini Rüstəm İbrahimbəyova güzəştə gedənə oxşamır. Bununla belə, o və funksionerləri bildirirlər ki, Rüstəm İbrahimbəyovun namizədliyini "müəyyən şərtlərlə dəstəkləyirlər".
Bəs bu, necə olur? Bu barədə mediaya fikirlərini bildirən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı belə deyib:
"Namizədlikdə prioritetimiz Rüstəm İbrahimbəyovdur. Amma biz onun Azərbaycanda olmasını və ölkəyə gəlməsini gözləyirik. Bu, bizim arzumuzdur, əgər arzumuz yerinə yetirilməyəcəksə, onda situasiya dəyişəcək.
Rüstəm İbrahimbəyov skaypla söhbətə qoşulacaqsa, bu barədə məsləhətləşmələr aparılacaq, situasiya ilə optimal qərar veriləcək".
Göründüyü kimi, Müsavat açıq-aşkar R.İbrahimbəyovun seçki vaxtı ölkəyə gələ bilməyəcəyinə əmindir, ona görə də onun namizəd olması ilə "müəyyən şərtlər daxilində" "barışır".
Yəni seçkiyə lap az qalmış Müsavat namizədlik məsələsini yenidən qabardaraq İbrahimbəyovun ölkədə olmadığını fakt kimi Milli Şura qarşısında qoyacaq və İsa Qəmbərin alternativ vahid namizəd kimi irəli sürülməsini, qəbul edilməsini tələb edəcək. Bununla isə digər zidd tərəflərin razılaşacağı sual altındadır...
Beləliklə, Milli Şurada seçkiyə lap az qalmış daha kəskin şəkildə ara qarışıb, məzhəb itəcək...
Aqşin Kərim
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41