Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 oktyabr 2024-cü il tarixdə I Qarabağ Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Hüseynov Namiq Heydər oğlunun 50 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. 

Əvvəlcə Abşeron rayonu, St.Sumqayıt ərazisi, Yeni yaşayış massivində Şəhid Namiq Heydər oğlu Hüseynovun xatirə  barelyef lövhəsinin açılış mərasimi olub.

Sonra isə Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda şəhidimizin məzarı ziyarət olunub, məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib və dualar oxunub.


Tədbir Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində davam etdirilib.

Şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.