Oktyabrın 7-də Şəki rayonunun Qırxbulaq kəndi ərazisində Rəşid Fətəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə qəza törədib.

"Unikal"ın məlumatına görə, avtomobildəki sərnişin, 27 yaşlı Leyla  Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq o, dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Murad İbrahimli