Hərbi müxalifət yarana bilərmi?
20:43 03-07-2013
CƏMİYYƏT
Hərbi müxalifət yarana bilərmi?
İsa Sadıqovun bəyanatının arxasında nə durur?
Müdafiə nazirinin sabiq müavini, hazırda Norveçdə siyasi mühacir həyatı yaşayan polkovnik İsa Sadıqov kifayət qədər maraqlı və ajiotaj yaradacaq açıqlama ilə çıxış edib.
Gəlin öncəliklə keçmiş polkovnikin dediyi fikirlərə baxaq. Müxalifətin koalisiyasında - Milli Şuradakı fəaliyyətinə toxunan İ.Sadıqov bildirib ki, yaradılmasında özünün də iştirak etdiyi Milli Şura demokratik qüvvələrin çox vacib birliyidir: "Nəinki təkcə xalq, elə mənim keçmiş xidmət yoldaşlarım da artıq başa düşürlər ki, ölkəmizi bu hakimiyyətlə alçalma, təhqir gözləyir. Keçmiş döyüş yoldaşlarımla bu günə qədər də çox gözəl münasibətlərim var. Həm ordudakı, həm Sərhəd Qoşunlarındakı, həm Daxili Qoşunlardakı, həm də digər güc strukturlarındakı çoxsaylı ləyaqətli zabitlər daha bu vəziyyətə dözmək fikrində deyillər. Və mən əminəm ki, onların hamısı xalqın müdafiəsinə qalxacaqlar. Hakimiyyət mənim ölkəyə qayıtmağımdan məhz buna görə qorxur. Amma mən bilirəm ki, xalqımız yaxınlarda qalib gələcək".Maraqlıdır, həqiqətənmi ölkədə hərbi müxalifət formalaşa bilər? Bununla bağlı əksər ekspertin fikri üst-üstə düşür və bildirilir ki, bu sadəcə olaraq mümkün deyil. Çünki istər orduda, istərsə də polis sistemində ciddi nəzarət var və demək olar ki, şəxsi heyət hakimiyyətə kifayət qədər bağlıdır. Amma buda qeyd olunur ki, ordu sistemində Rusiyaya bağlı müəyyən qüvvələr var ki, onların sabah hansısa addım atması istisna edilmir. Bu günlərdə millət vəkili Qüdrət Həsənquliyevin verdiyi açıqlamada bu fikri təsdiqləyir.
"1993-cü ildə Gəncədə qiyam baş verərkən indi Müdafiə Nazirliyinin tərkibində təmsil olunan bəzi şəxslər o vaxtda çox yüksək postları tuturdular. Amma çox təəssüf ki, o vaxtlar Ali Baş Komandanı dəstəkləmədilər və qiyam baş verdi. Onlar bu gün də Müdafiə Nazirliyində çox yüksək rəhbər postlarda təmsil olunurlar. Baş verənlərdən çox narahatam və hər hansı bir qarşıdurma baş verərsə, onda həmin adamlar yenə də Ali Baş Komandanın əmrini icra etməyəcəklər. Ona görə təklif edirəm ki, hökumətin tərkibi müzakirə olunarkən, Müdafiə Nazirliyinin tərkibində milli kadrlar seçilsin və tərkib yenidən formalaşsın. Müdafiə Nazirliyinin tərkibində ciddi struktur dəyişikliyi olmalıdır", - deyə Q. Həsənquliyev bildirib.
Müşahidəçilər hesab edir ki, Qüdrət Həsənquliyev bu açıqlamanı təsadüfdən verməyib və məsələ kifayət qədər şişəcək. Belə ki, son zamanlar Rusiya-Azərbaycan münasibətləri kifayət qədər gərginləşib və artıq hakim düşərgədə ordu ilə bağlı müəyyən şübhələr yaranıb. Çünki ordu sistemində həqiqətən də elə generallar var ki, onlar üçün Rusiyanın maraqları daha vacibdir və sabah hansısa gərgin durum yaranarsa onlar sözsüz ki, Rusiyanın istəyini həyata keçirəcəklər. Bu isə o deməkdir ki, orduda hər an hansısa təxribat yarana bilər. Məsələn,ekspertlər hesab edir ki, hansısa məqamda müəyyən generallar ali baş komandanın əmri olmadan süni şəkildə atəşkəsin pozulması əmri verməklə Azərbaycanı çıxılmaz vəziyyətə sala bilərlər. Yəni müharibəyə başlayan tərəf kimi Azərbaycan göstərilir və Rusiya şəraitdən istifadə etməklə ordu birləşmələrini bölgəyə yerləşdirə bilər. Amma hesab edilir ki, bu qüvvələr sadəcə olaraq qısa müddətli hansısa təxribatı törətməyə cəhd edə bilərlər. Amma bunlar təşkilatlanmış şəkildə hərbi müxalifət funksiyasını həyata keçirə bilməzlər. Bu səbəbdən də bildirilir ki, İsa Sadıqovun verdiyi bu bəyanat sadəcə olaraq cəmiyyətə hesablanmış bir addımdır və bunun reallığa çevrilməsi sadəcə olaraq mümkün deyil.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41