Samur-Abşeron kanalının Şabran rayonu Gəndob kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının kimliyi məlum olub.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, meyiti tapılan şəxsin oktyabrın 3-də itkin düşən Xaçmaz rayon Hacıəlibəy kənd sakini 1995-ci il təvəllüdlü Cəfərova Kübraxanım Cəlil qızı olduğu müəyyənləşib. 

Onun hansı şəraitdə kanala düşməsi məlum deyil. Onun intihar etməsi, yaxud digər cinayətin qurbanı olması aparılan araşdırmalardan sonra bəlli olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir. 

Xanlar Qaraca

XXX

19 oktyabr, 20:25

Samur-Abşeron kanalında qadın meyiti tapılıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb. 

Kanalın dəmir barmaqlıqlarına ilişən cəsədi suyun səviyyəsi yüksək olduğu üçün hələ ki, sudan çıxarmaq mümkün olmayıb. 

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. 

Suda aşkarlanan cəsədin kimliyi hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca