Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addımı Ermənistan atmalıdır"
20:44 03-07-2013
CƏMİYYƏT
Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addımı Ermənistan atmalıdır"
Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməni dəstəkləyir.
Bu barədə Almaniya Xristian Demokratik İttifaqının parlamentdəki deputatı, Xarici İşlər Komitəsinin üzvü Hartviq Fişer Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən bildirib. Məlumatı Avropa Azərbaycan Cəmiyyəti yayıb.
Fişer bildirib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dəfələrlə BMT Təhlükəsizlik Şurası tərəfindən bəyan edilib və bu beynəlxalq hüququn pozulması deməkdir: "Qondarma "Dağlıq Qarabağ Respublikası"nın elan olunması faktı da heç zaman beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayıb. Hər bir dövlətin öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin ərazilərlərdən zorla çıxarılmış və ya silahlı qarşıdurma zamanı o əraziləri tərk etmək məcburiyyətində qalmış insanların öz evlərinə qayıtmaq hüququ vardır".
Fişer vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin həllinə regional kontekstdə baxmaq lazımdır: "Əgər bu ölkələr arasında atəşkəs həqiqi sülhə çevrilmirsə, deməli, bütünlüklə Cənubi Qafqazın təhlükəsizliyi və stabilliyi təhlükə altındadır. Ən əsas prioritet isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsidir. Buna görə də ilk addımı Ermənistan atmalı və silahlı qüvvələrini işğal olunmuş ərazilərdən geri çəkməlidir".
O qeyd edib ki, Almaniya münaqişə tərəflərini danışıqlar masası arxasında dialoqu davam etdirməyə bir daha dəvət edəcək.
Fişerin sözlərinə görə, son zamanlar Ermənistanın Xocalı aeroportunu hava nəqliyyatı üçün açmağa cəhd göstərməsi vəziyyəti daha da gərginləşdirib: "AŞPA tərəfindən haqlı olaraq pislənilən Ermənistanın sülh prosesinə təhlükə hesab olunan bu hərəkətləri ilə özünün Dağlıq Qarabağa olan iddialarını pərdələməyə çalışır".
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17