Müdafiə Nazirliyi dünyasını dəyişən zabitlə bağlı məlumat yayıb.

MN-dən "Unikal"a bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Famil Abdulla oğlu ürəktutmasından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

***

20 oktyabr, saat 20:53

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib.

"Unikal"ın yerli bürosunun məlumatına görə, mayor Famil Tağıyev bu gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki F Əliyev Şuşada yerləşən N saylı hərbi hissələrin birində çalışırmış. Mərhum sabah Gəncədə dəfn ediləcək.

Tural Əhmədov