Bakıda maşın velosipedçini vurub.
"Unikal" xəbər verir ki, hadisə dünən saat 18:00 radələrində Xəzər rayonunda baş verib.
Belə ki, Həsənli İlkin Şəmsi oğlu avtomobillə Pirallahı-Qala şosesində şəhər istiqamətində hərəkətdə olarkən yolda hərəkətdə olan velosipedçi Əmirov Zaman Hüseyn oğlunu vurub.
Zaman Əmirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırılma aparılır.