Abşeron rayonunda intihar baş verib.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Rafiq Mərifət oğlu Cəbrayılov yaşadığı evin eyvanında özünü asıb. Onun asılmış meyitini qonşuları görüb, ailəsinə xəbər veriblər.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.