Rüfət Aslanlının komitəsinin müəmması
20:45 03-07-2013
CƏMİYYƏT
Rüfət Aslanlının komitəsinin müəmması
Bu qurumun ənənəvi susqunluğunun arxasında nə dayanır?
Rüfət Aslanlının sədri olduğu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) ünvanına səslənən tənqidlər qarşısında bir qayda olaraq susqunluq nümayiş etdirməsi, belə tənqid və ittihamlara cavab verməyə həvəsli olmaması müəmmalara yol açır. Bunu əməkdaşımızla söhbətində adının çəkilməsini istəməyən ekspert bildirib.
Ekspert nümunə olaraq adıçəkilən komitənin ünvanına iki gün əvvəlki ittiihamları xatırladıb: "Dünən (srağagün - red.) "Bakelektroqaynaq" ASC-nin bir qrup səhmdarı mətbuat konfransı keçirdi. Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin də ünvanına ciddi ittihamlar səsləndirilib. Səhmdarların fikrincə, bu qurum Mülki Məcəlləni kobud şəkildə pozan əsas səhmdara himayədarlıq edir.
Məsələ burasındadır ki, 2009-cu ildən minoritarlar "Bakelektroqaynaq" ASC-nin idarəçiliyindən uzaqlaşdırılıb. Səhmdarların ümumi yığıncağı bir neçə dəqiqə çəkir. Təşkilatçılar illik hesabat və maliyyə hesabatı vermir, səhmdarları sual vermək, çıxış etmək hüququndan məhrum edir, tezcə səsvermə keçirib salonu tərk edirlər.
Səhmdarlar onu da bildiriblər ki, bu il ümumi yığıncaq öncəsi səhmdarlar QKDK-ya müraciət ediblər ki, pozuntuların qarşısını almaq üçün tədbirdə iştirak etsinlər. QKDK bundan imtina edib və əvvəlki illərin ssenarisi təkrar olunub. QKDK dəvətə baxmayaraq, mətbuat konfransına da nümayəndə göndərməyib. Səhmdarların sözlərinə görə, QKDK ASC-nin hamisi "Baku Steel Company"nin tərəfini saxlayır. Səhmdarlar yenidən onların hüquqlarının qorunması üçün qiymətli kağızlar bazarı üzərində nəzarət orqanına müraciət edib.
Səhmdarlardan biri bildirib ki, maliyyə hesabatı verilməməsinin səbəbi budur ki, "Bakelektroqaynaq" ASC vergi qanunvericiliyini kobudcasına pozaraq öz mülkiyyətini "Baku Steel Company"yə su qiymətinə icarəyə verir. Aidiyyatı qurumlarp, o cümlədən, QKDK isə buna göz yumur.
"Bakelektroqaynaq" ASC 1998-ci ildə özəlləşdirilib. Nizamnamə kapitalı 20 mln manatdır. Səhmlərinin 98%-i "Baku Steel Company"yə məxsusdur. Qalan 2% 39 fiziki şəxs arasında bölünüb. "Baku Steel Company"nin istehsal gücü ildə 700 min ton metal məhsuludur. Yəni kifayət qədər ciddi çəkisi olan müəssisədir. Əgər indii onunla bağlı hansısa qalmaqal var və bu qalmaqalda ittiham hədəflərindən biri də QKDK-dırsa, Rüfət Aslanlının komitəsindən operativ və obyektiv münasibət gözləmək tamamilə münasibətdir. Amma problem ondadır ki, həmişəki kimi, adıçəkilən komitə məsələ ilə bağlı ona müraciət edən jurnalistlərə hadisəni şərh etməyiblər və yazılı məktub tələb ediblər. Hesab edirəm ki, bu, heç də doğru deyil".
Ekspert hesab edir ki, əvvəla bu cür situasiyalarda Rüfət Aslanlının sədri olduğu komitə özü heç bir jurnalist müraciəti olmadan belə, açıqlama yaymağa, ictimaiyyəti məlumatlandırmağa maraq göstərməlidir: "Yox əgər komitənin belə bir maraq və həvəsi yoxdursa, o zaman heç olmasa jurnalistlərin müraciətlərini operativ cavablandırmalı, iddialara, ittihamlara öz tərəfindən aydınlıq gətirməlidir. Ortada bir xəbər var. Xəbər vaxt itirilmədən yayımlanmalıdır. İndi belə çıxır ki, jurnalist məsələyə tam aydınlıq gətirmək üçün QKDK-ya yazılı müraciət edib həmin yazılı müraciətə nə vaxt cavab veriləcəyini gözləməlidir. Müəyyən vaxt itkisindən isə həmin xəbərin hansı xəbər dəyəri qala bilər? Hansı jurnalist operativliyindən danışmaq olar? QKDK-nın bu yanlış praktikasına son qoyulması vacibdir. Üstəlik, nəzərə alsaq ki, Rüfət Aslanlının komitəsi bir çox hallarda yazılı sorğuları ya heç cavablandırmır, ya da cavablar ümumi, standart təsir bağışlayır".
Amma ekspert düşünür ki, burda əsas məsələ adıçəkilən komitənin istər ayrı-ayrı səhmdarlardan, müəssisələrdən, istərsə də KİV-dən ünvanına gələn tənqid və ittihamları cavablandırmaqda həvəsli olmamasıdır: "Bu istər-istəməz şübhələr yaradır. Məşhur bir məsəldə deyildiyi kimi, susmaq razılıq əlamətidir. Belə çıxır ki, QKDK da ünvanına səsləndirilən tənqidi iddia və ittihamlar qarşısında susmaqla səsləndirilən həmin fikirlərin doğruluğu yönündə ictimai qənaət formalaşdırır".
Ekspert hesab edir ki, QKDK mətbuatla və ictimaiyyətlə əlaqələrini operativləşdirməlidir. Yalnız bu halda həm mətbuatın qurum haqqında birtərəfli xəbər yaymaq məcburiyyəti aradan qalxar, həm də səsləndirilən iddia və ittihamların həqiqəuyğunluğuna dair birmənalı rəy formalaşmaz.
Hidayət İsmayıllı
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50