Şəmkirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Unikal"ın nəlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 42 yaşlı Rauf Rzayev, 45 yaşlı İradə Huseynova və 75 yaşlı Sədaqət Məmmədrzayevdir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov