Hacıqabulda yol qəzası olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan kəndində baş verib. “Toyota Prado” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan Hacıqabul rayonunun Şorbaçı kənd sakinləri, 1997-ci il təvəllüdlü Quliyeva Şəfa Bəylər qızı və 1995-ci il təvəllüdlü Quliyev Orxan İqabət oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Şirvan xəstəxanasına yerləşdilrilib.

Faktla bağlı araşdırma aparılır.