Gəncədə iki yük avtomobili toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb. Bakı şəhəri istiqamətdə hərəkətdə olan "Mercedes" markalı yük maşını digər yük avtomobilinə çırpılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Hər iki yük maşınına ziyan dəyib. "Mercedes" markalı yük avtomobilin yük yerində olan məişət avadanlıqları qırılaraq yola dağlıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Yerə tökülən məişət avadanlıqları ərazidən təmizlənib. Yolda hərəkət tam bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov