Vəhabilərin başçısı hədə-qorxu gəlir
19:30 04-07-2013
CƏMİYYƏT
Vəhabilərin başçısı hədə-qorxu gəlir
Hacı Qamət: “Radikallar da məscidin bağlı qalmasından istifadə edir”
Yazılarımızın birində qeyd etdiyimiz kimi, İslam məkanında (elə digər səmavi dinlərdə də ) Allaha və dinə qarşı ən güclü əks-təbliğat məscidlərdən və özünü din alimi adlandıranların ağzından səslənir. Və budur, qarşımızda belə bir təbliğatın, belə bir təhdidin daha bir növbəti nümunəsi var.
Adıbəlli Əbubəkir məscidinin keçmiş imamı Hacı Qamət (məlum səbəblər üzündən bu məscid də keçmişə qovuşub) informasiya agentliklərinin birinə verdiyi müsahibədə bildirir ki, Azərbaycanda “Fundamentalizm, radikallıq var və bu, inkişaf edir. Amma vəziyyət o qədər də kritik deyil”.
Hacı bu sözləri deyəndə onu nəzərdə tutur ki, Əbubəkir məscid bağlanandan sonra vəhabilərin yığışmağa yerləri yoxdur, buna görə də radikallaşıb problem yarada bilərlər: “Onlarla bağlı vəziyyət yaxşı deyil. Çünki onlar başqa məscidlərə getmirdi. Məscid bağlanandan sonra başqa məscidlərə getməyə başladılar. Bildiyiniz kimi, xüsusən 21-ci əsrdə radikalizm artır, ümumiyyətlə, müəyyən qüvvələr var ki, onlar bunu artırır. Radikalizmlə bağlı maarifləndirmə işi demək olar ki, sıfır səviyyəsindədir. Radikallar da məscidin bağlı qalmasından istifadə edir. Çünki “Əbu Bəkr”in bağlı olmağı ən birinci radikal qüvvələrə sərf edir. Bunu hamı bilməlidir. Çünki bizim məscid yeganə yer idi ki, məhz bu mövzuda maarifləndirmə işi aparırdı. Bir az pisdir, radikallıq yayılıb, internetdə hər kəs girir, nə gəldi oxuyur və əks fikri eşitmir. Ona görə də radikallıq artmaqda davam edir”.
Hacı Qamət sonar fikrini inkişaf etdirib ölkədəki dini təriqətləri təftiş etməyə başlayır: “Azərbaycan şiə dövlətidir fikri ilə bir qədər razı deyiləm. Hansı məzhəbin üstünlük təşkil etməsinin qeydiyyatını kim aparıb? Mənə elə gəlir ki, azərbaycanlıların yarısı sünni, yarısı da şiədir. Hesablayanda təxminən yarı-yarıya çıxır. Mən belə fikirləşirəm, bu mənim fikrimdir. Sələfiliyə axının olmasında qəribə bir şey yoxdur. Kommunizm vaxtında ölkə bağlı olub. Şiələr məzhəbdə bəzi şeyləri bilirdilər, çox həqiqəti bilmirdilər. Həmçinin sünnilər də. Bağlı bir ölkədə yaşamışıq. Sistem dağılıb və nəticədə elm gəlib. Burda qeyri-ənənəvi heç bir şey yoxdur. Sələfilik “Quran”da, səhih hədislərdə nə gəlib ancaq onu deyir. Əlavə bir şey yoxdur. Sələfilik sırf peyğəmbərin vaxtındakı dini yayır. O din ki, orda ixtilaf yox idi, bölünmə yox idi. Sələfiliyin əsas çıxışı budur. Sələfiliyin qeyri-ənənəvi məzhəb olması fikri ilə razı deyiləm. Azərbaycanda bu fikirlər olub. Sadəcə biz tariximizdən qırılmışıq, bizi tariximizdən qırıblar, kitablarımızı yandırıblar. Həm mədəniyyətimizə, həm tariximizə müəyyən zərbələr dəyib”.
Hörmətli Hacı Qamət!
1.Çox gözəl bilirsiniz ki, adı dəyişməklə mahiyyət dəyişmir. Adı dəyişməklə heç qaynaq da dəyişmir. İndi böyük qısqanclıqla sələfilik dediyiniz vəhabiliyin hansı əsrdə hansı dövlətin kəşfiyyatçısı tərəfindən və hansı məqsədlə yaradıldığı hamıya məlumdur.
2.Vəhabilərin (Sizin ağzınızca desək, guya ki, sələfilərin) təkcə son beş ildə yalnız Azərbacanda hansı terror aktları törətdiyini hamı çox gözəl bilir.
3. Və Azərbaycandakı vəhabilərin hansı dövlətdən maliyyələşdirildiyi də yaxşı məlumdur.
Keçək, Allah analyışına. Siz vəhabilərin həmişə ancaq bir “çevir tatı-vur tatısı var”: Yalnız Allaha ibadət etmək lazımdır.
Bunun əksini deyən dinə və təriqətə rast gəlirsinizmi?
Hörmətli hacı, inciməyin, Sizin din və Allah barədə təsəvvürünüz adi şiə və yaxud sünni mollasının və yaxud xristian keşişinin təsəvvürlərindən qətiyyən fərqlənmir.
Elə buna görədir ki, Həmid Herisçiyə də hücum çəkirsiniz: “Onun danışığı nağıldır. Görünür ki, kimsə sponsorluq edib, obyektlərin təbliğatına pul buraxır. Belə şeylərlə razı deyilik. Camaatı televiziya vasitəsilə xurafata aparmaq olmaz. Əksinə, insanları başa salmaq lazımdır ki, yalnız Allaha ibadət etmək lazımdır. Bir şeyə ehtiyac olanda, xüsusən, Allah onlara qadirdir, düzgün səbəblərlə Allaha müraciət etmək lazımdı”.
Hörmətli hacı, Sizin üçün Qurani-Kərimdən arayış: “İnsanı torpaqdan yaradıb ona ÖZ RUHUMUZDAN üfürdük”.
Hörmətli Hacı, ayrıntı ilə verdiymiz ayəni başa düşməyə cəhd eləsəniz (həm də təkcə siz yox!), dini dünyagörüşünüzdə faydalı dəyişimlər başlana bilər.
Allah köməyiniz olsun ki, ağlınızdan və bədəninizdən nicat tapanlardan olasınız...
Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41