Qarabağla bağlı gizli danışıqlar
19:30 04-07-2013
CƏMİYYƏT
Qarabağla bağlı gizli danışıqlar
"Yerevanın Azərbaycanın son addımlarına reaksiyası Dağlıq Qarabağ
tənzimlənməsində erməni təhtəlşüurunu tam açıq şəkildə ortalığa qoydu"
Rəsmi Yerevanın Azərbaycanın son addımlarına reaksiyası Dağlıq Qarabağ tənzimlənməsində erməni təhtəlşüurunu tam açıq şəkildə ortalığa qoydu.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə təcili Fransada görüşdü: "Rəsmi məlumat yalnız görüşün baş tutmasını təsdiqləyir; müzakirə mövzusu barədə heç bir məlumat verilmir, lakin rəsmi xəbərin qoşmasından belə başa düşmək olar ki, Nalbandyan həmsədrlərə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin məlum prinsiplər və əlavə elementlər əsasında yalnız dinc yolla tənzimlənməsində maraqlıdır".
Əhmədoğlu deyib ki, rəsmi Yerevanın Helsinki Yekun Aktının üç məlum prinsipi əsasında çərçivə sazişini imzalamağa çalışması bəllidir: "Ermənistanın mövqeyində yeni olan "elementlər" və ya "komponentlər" anlayışıdır. Ehtimal ki, Ermənistan 2009-cu ildə ABŞ Prezidentinin rəsmi saytı vasitəsilə yayımlanmış Yenilənmiş Madrid Prinsiplərini nəzərdə tutur. Ermənistanın yanaşmasında iki nüans diqqətdən kənarda qalmır".
Politoloq hesab edir ki, birincisi, Ermənistan Azərbaycanın iqtisadi təşəbbüslərinə müsbət cavab verməyib: "Rəsmi Bakı Ermənistana qaz vermək, onu regional layihələrə qoşmaqla bağlı ciddi bəyanatla çıxış etdi. Ermənistan prezidenti, parlamentin spikeri, baş naziri və xarici işlər naziri müvafiq tribunalara malik olsalar da, Azərbaycan haqqında əvvəlki hədyanlarını davam etdirdilər, onun Ermənistana doğru irəli sürdüyü iqtisadi təşəbbüslərini eşitməzliyə vurdular. Bakıda keçirilən paradda isə Azərbaycanın hərbi təşəbbüslərini, hərbi bəyanatlarını dərhal gördülər. Bununla da Ermənistan rəhbərliyi sübut etdi ki, o, yalnız hərbin dilini qavraya bilir: acından ölsə də, Azərbaycanın iqtisadi bəyanatlarını eşitmir. Ona görə də rəsmi Yerevan Azərbaycanın keçirdiyi hərbi paraddan dərhal sonra şikayət məqsədilə ATƏT MQ həmsədrlərindən görüş istəyib".
Əhmədoğlunun fikrincə, ikinci nüans ondan ibarətdir ki, Nalbandyan Azərbaycanın hərbi gücündən həmsədrlərə şikayətini çatdırmaq üçün guya dinc yolla güzəştə getməyə hazır olduğunu nümayiş etdirib.
Politoloq hesab edir ki, rəsmi Yerevanın bu addımı ATƏT-in vasitəçiliyinin mahiyyətini sübut etmək üçün çox mühüm göstəricilərdən biri ola bilər: "ATƏT MQ vasitəçiləri öz ölkələrinin prezidentlərinin yaydıqları bəyanatda göstərilən yolu da gedə bilərlər: açıq qalmış sualların cavabını tapmaqla çərçivə razılaşmasına, oradan da əhatəli sülh sazişini hazırlamağa başlaya bilərlər. Ermənistanı da bu yolu getməyə dəvət edə bilərlər. Eyni zamanda vasitəçilər Ermənistanın təhriki ilə regionda hərbi gücün artmasının təhlükəli olmasına, danışıqlara ziyan vurmasına dair bəyanatla da çıxış edə bilərlər. Bütün hallarda bəlli oldu ki, Ermənistan yalnız zoru tanıyır".
Əhmədoğlu vurğulayıb ki, ABŞ-dakı erməni təşkilatları rəsmi Yerevandan fərqli olaraq ATƏT MQ həmsədr ölkə prezidentlərinin bəyanatlarından narazıdır: "Onlar hesab edirlər ki, heç kim Ermənistandan və Dağlıq Qarabağdan güzəşt tələb edə bilməz".
Fuad
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35