Milli Şura mənasızlıqdır
21:53 05-07-2013
CƏMİYYƏT
Milli Şura mənasızlıqdır
"Mehriban Əliyeva namizəd olsa, Milli Şura onun qarşısında tab gətirə bilməz"
YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı Milli Şuranın vahid namizədini elan etməsinə münasibət bildirərək deyib ki, vahid namizəd anlayışı çox yayğın anlayışdır. Kimin vahid namizədi, əgər radikal yönümlü partiyaların birliyinin vahid namizədindən söhbət gedirsə, o zaman deməlidirlər ki, radikal yönümlü siyasi partiyaların, qrupların namizədi. Vahid namizəd sözü sadəcə istismar olunur.
Azərbaycan demokratik ölkədir, hər bir vətəndaş və partiyanın nümayəndəsi seçkilərə qatıla bilər. Milli Şura deyilən qurum namizəd elan edib və mətbuat bu mövzu ətrafında çox böyük hay-küy qaldırıb. Adama elə gəlir ki, guya, Milli Şuranın namizədindən başqa namizədlər yoxdur, axı başqa namizədlər də irəli sürülüb və yenə irəli sürülə bilər. Təbii ki, namizədliklərini irəli sürənlər də olacaq. Belə olan şəraitdə müxalifətin radikal qanadının, vaxtilə hakimiyyətdə olan dövrdə ölkəni fəlakətlərə gətirib çıxardan dairələrin yeni namizədlə ortalığa çıxması və bunun ətrafında hay-küy qaldırması məntiqli deyil. Ona görə bölgü belə olmalıdır: konstruktiv qüvvələrin namizədi, radikalların namizədi, müstəqil namizədlər. Bilirsiniz ki, bizim partiyanın V qurultayında sədrimiz, hörmətli prezidentimiz cənab İlham Əliyevin namizədliyini rəsmən elan etmişik. Bir gün əvvəl də partiyamızın icraçı katibi cənab Əli Əhmədov da dediyiniz məsələylə bağlı suallar oldu. Düşünürdüm ki, məsələ səngiyəcək, amma kimlərinsə bu məsələni gündəmdə saxlamağa çalışması aydın görünür. Milli Şuraya toplaşanlar həm partiya, həm də fərdlər olmaq etibarıyla o şəxslərdir ki, böyük əksəriyyəti 1992-93-cü illərdə hakimiyyətdə olub. Digər tərəfdən, onların kənardan namizəd dəstəkləməsi siyasi baxımdan zəifliyin etirafıdır. Bu baxımdan biz Milli Şura deyilən qurumun namizəd irəli sürməsindən hər hansı formada narahat deyilik. Millət vəkili həmçinin birinci xanım Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsinə də münasibət bildirib:-" YAP-nin namizədi birmənalı olaraq prezidentimiz və sədrimiz cənab İlham Əliyevdir. Burada hər hansı bir başqa fikir yoxdur və ola da bilməz. Hörmətli Mehriban xanım Azərbaycanda istənilən vəzifəni icra etməyə hazır olan və sevilən bir insandır. Mehriban xanım həm də YAP sədrinin müavinidir, onun özünün iştirakıyla cənab İlham Əliyevin namizədliyi irəli sürülüb. Belə olan şəraitdə hansısa müxtəlif adlar altında fəaliyyət göstərən qurumların Mehriban xanımın adını ortalığa qoyaraq fikirlər səsləndirməsi məntiqli deyil. Bu cür fikirlər səsləndirənlərin bir məqsədi var: nəyin bahasına olursa-olsun mətbuatın səhifələrində yazılmasına və özlərinin mövcudluğuna nail olsunlar. Radikallar, elə Milli Şurada birləşənlər. Çünki onlar siyasi baxımdan İlham Əliyevdən o qədər çəkinir və onun qarşısında acizdirlər ki, prezidentin qarşısında tab gətirə bilməyəcəklər. Mehriban xanım da namizəd olsa, müxalifət onun qarşısında tab gətirə bilməyəcək".
Lalə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49