Əli Kərimlinin tələsi, İsa Qəmbərin tənəsi
21:53 05-07-2013
CƏMİYYƏT
Əli Kərimlinin tələsi, İsa Qəmbərin tənəsi
Qalib kim olacaq?
"Milli Şuranın növbəti sessiyasında vahid namizədin seçki qərargahının yaradılması ilə bağlı məsələ müzakirə ediləcək. Sessiyanın vaxtının müəyyənləşməsi üçün Eldar Namazov partiya rəhbərləri ilə danışıqlar aparır".Bu barədə Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, sessiyanın vaxtı və digər məsələlərlə bağlı Eldar Namazov partiya rəhbərləri ilə danışıqlar aparır.
"Eldar Namazov dünən də müzakirələr aparıb, yenə də partiya rəhbərləri görüşərək bu məsələ ətrafında danışıqlar aparacaqlar. Müzakirələr gedir". Milli Şuranın üzvü daha sonra növbəti sessiyada müzakirə olunacaq məsələlərdən danışıb:"Növbəti sessiyada əsas təşkilati məsələlər müzakirəyə çıxarılacaq.Komissiyaların, komitələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunacaq. Eyni zamanda bir neçə sessiyadır ki, Milli Şuraya yeni üzvlərlə bağlı müraciətlər daxil olur, bu məsələyə də baxılacaq".Amma müşahidəçilər Eldar Namazovun birdən birə bu şəkildə aktivləşməsini və Rüstəm İbrahimbəyovun seçki qərargahının yaradılmasını başqa amillə əlaqələndirirlər. Belə ki, Rüstəm İbrahimbəyov vahid namizəd elan olunan gün İsa Qəmbər bəyan etdi ki, öz namizədliyini o zaman geri çəkəcək ki, artıq Rüstəm İbrahimbəyov vətənə dönsün. Məhz bu açıqlamadan sonra müsavatçıların daha da aktivləşməsi və İsa Qəmbərin seçki qərargahının işə başlaması müşahidə olundu. Hazırda belə rəy yaradılır ki, əslində seçkilərdə məhz İsa Qəmbər iştirak edəcək və Rüstəm İbrahimbəyov ajiotajı mənasızlıqdır. Buna görə də indinin özündə elçibəyçilər Rüstəm İbrahimbəyova yox, daha çox İsa Qəmbərə yaxınlaşırlar. Bu isə avtomatik olaraq İsa Qəmbərin psixoloji savaşda qalib olması deməkdir. Məhz bu detalları nəzərə alan Eldar Namazovun təklifi ilə İbrahimbəyovçular hərəkətə keçib və təcili seçki qərargahı yaradılır. Çox maraqlıdır ki, seçki qərargahında müsavatçıların böyük bir qismi iştirak etməyəcək. Bu isə faktiki parçalanmaya bir işarədir. Bundan başqa Rüstəm İbrahimbəyovun "məni təcili Bakıya çağıranlar təxribatçılardır"- deməsindən sonra müsavatçılardan ciddi təpkilər gəlməyə başladı. Maraqlıdır ki, bu prosesdə AXCP rəhbərliyi daha çox qızışdırıcı mövqedə dayanır və Rüstəm İbrahimbəyov-İsa Qəmbər qarşıdurmasını dərinləşdirirlər. Burda isə konkret maraq var. Bu maraq nədən ibarətdir? Bu gün belə bir rəy yaranıb ki, Rüstəm İbrahimbəyovun əleyhinə çıxış edən istənilən şəxs xəyanətkardır və deməli iqtidarla gizli əməkdaşlıq edirlər. Belə bir rəy formalaşdırılandan sonra isə İsa Qəmbərlə Rüstəm İbrahimbəyov üz-üzə qoyulur. Nəticədə nə baş verir? İctimai rəyə əsasən belə çıxır ki, İsa Qəmbər hakimiyyətlə əməkdaşlıq edir. Burda isə əsas məsələ odur ki, yarandığı gündən Müsavatla AXCP arasında ana müxalifət uğrunda mübarizə gedib və İsa Qəmbərlə Əli Kərimlinin bir-birinə potoloji nifrəti var. Hazırda isə Əli Kərimli yaranmış fürsətdən yararlanaraq Rüstəm İbrahimbəyovun əli ilə İsa Qəmbəri sıradan çıxartmağa çalışır. Belə olan halda İsa Qəmbərin Əli Kərimliyə qalib gəlməsi üçün tək yol qalır. Bu yol isə Rüstəm İbrahimbəyovun yolunun bağlanmasıdır. Yəni İsa Qəmbər Bakıya qayıtmağa cəsarət etməzsə,İsa Qəmbər bəyan edəcək ki, Əli Kərimlinin tutduğu yol müxalifətə zərbə oldu və bütün məsuliyyət Əli Kərimlinin üzərindədir. Bununla da seçkilərə qatılan İsa Qəmbər ana müxalifətçiliyi tam olaraq ələ keçirəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35