"O, ən yaxşı halda "ruskoyazıçnı" azərbaycanlı ziyalı ola bilər"
02:36 07-07-2013
CƏMİYYƏT
"O, ən yaxşı halda "ruskoyazıçnı" azərbaycanlı ziyalı ola bilər"
"Rüstəm İbrahimbəyov əslində Eldar Namazovun kölgəsidir"
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rüstəm İbrahimbəyovla bağlı açıqlama verərərk bildirib ki, Rüstəm İbrahimbəyov Azərbaycan ziyalısı yox, ən yaxşı halda "ruskoyazıçnı" azərbaycanlı ziyalı ola bilər. Çünki onun yaradıcılığı belə, Azərbaycan milli müstəqillik ideologiyasına heç bir töhfə verməyib. Sizin istinad etdiyiniz Oskar mükafatına layiq görülmüş "Utomlyonnıe solntsem" filminin rejissori və həmssenaristi məşhur Nikita Mixalkovdur.
Sırf bolşevik ideologiyasına xidmət edən və İbrahimbəyovu tanıdan digər bir sovet filmi "Beloye solntse pustıni" filminin ssenarisi də Valentin Yejovla birlikdə hazırlanıb. İbrahimbəyov necə ki, yaradıcılığında kimlərinsə kölgəsində uğur qazanıb, eləcə də siyasətdə də kimlərinsə kölgəsi və dəstəyi ilə uğur qazanmaq arzusundadır. Bilirsiniz, adlarını belə azərbaycanca deyə bilmədiyim və Azərbaycanda heç zaman populyar olmayan bu filmlərin ssenarisi milli və azərbaycançılıq ideyasından çox uzaqdır.
Əslində Rüstəm İbrahimbəyovun seçkilərdə Azərbaycan müxalifətinin vahid namizədi olması elə müxalifətin özü üçün növbəti ləkədir. Çünki onun Azərbaycan müxalifətinə transferi də sünü baş verib, Eldar Namazovun vasitəçiliyi ilə. Hazırda Rüstəm İbrahimbəyov əslində Eldar Namazovun kölgəsidir.
O, Eldar Namazov özünün öndə getməməsini isə belə şərh edib:-" Çünki, bundan ötrü minimal da olsa ictimai nüfuz lazımdır. Eldar Namazov da isə heç bu da yoxdur. O, özü vaxtilə Prezident Aparatında köməkçi vəzifəsində çalışıb və kargüzarlıq işi ilə məşğul olub. Onun indiki vəziyyətdə yeganə uğuru odur ki, özünün qətiyyətsizliyini, qeyri-xarizmatikliyini, liderlik keyfiyyətlərinin olmadığını başa düşür və yenə də kargüzarlıqla məşğuldur. Bu dəfə isə müxalifətin milli şurasında.
Bu gün Azərbaycan müxalifətinin elə Rüstəm İbrahimbəyovu vahid namizəd qismində görməsi bu müxalifətin əsl simasını ortaya qoymuş olur. Çünki, milli qüvvə olmadığı hər kəsə məlum olan Rüstəm İbrahimbəyovla ənənəvi müxalifətin ittifaqı hər iki tərəfin əsl simasını açmış oldu. Bu həm də Azərbaycan müxalifətinin həmişə olduğu kimi hakimiyyət uğrunda mübarizədə istənilən xarici dairələrlə danışığa getdiyini sübut edir. Bu gün bizim hakimiyyətə müxalifət olan, bizimlə ideya mübarizəsi aparan, amma xarici dairələrlə əlaqəsi olmayan müxalifətçilər özləri də bu cür ittifaqa nifrətlə yanaşırlar".Millət vəkili bu proseslərin arxasında Rusiyanın durma ehtimalına toxunaraq deyib ki, Rusiya böyük dövlətdir və Azərbaycanla qonşudur. Eyni zamanda Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu bütün dövrdə Azərbaycan və Rusiya dost ölkəyə çevrilmişdir. Əlbəttə, Rusiya böyük dövlətdir və orada da güclü erməni lobbisi mövcuddur, onların təsiri altında fəaliyyət göstərən anti-Azərbaycan dairələri də ola bilər. Amma hesab edirəm ki, bunlar epizodik hallardır və bizim rəsmi münasibətlərə təsir edə bilməz. Qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi birmənalıdır. Mən həm inanıram, həm də əminəm ki, bu qələbədən sonra prezident İlham Əliyevi təbrik edəcək ilk ölkələrdən biri Rusiya və onun rəhbərliyi olacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17