Milli Şura aksiyalara hazırlıq görür
02:37 07-07-2013
CƏMİYYƏT
Milli Şura aksiyalara hazırlıq görür
Qurumun strukturu formalaşmadan
"İctimai Palatanın kütləvi aksiyalar keçirməsi Milli Şuranın yaranması ilə bağlı bir qədər dayandı. Buna baxmayaraq müxalifətin yenidən aksiyalara başlaması Milli Şuranın sonuncu sessiyasında müzakirə olundu. Bu məsələ ilə bağlı işçi qrupuna xüsusi tapşırıqlar verildi. Ola bilsin ki, Milli Şuranın növbəti sessiyasında bu məsələ müzakirəyə çıxarılacaq. Mitinqlərlə bağlı komissiyanın yaranması nəzərdə tutulub.
Aksiyalar keçirmək hazırda Milli Şuranın gündəmindədir. Bundan sonra bütün aksiyalar Milli Şura tərəfindən təşkil olunacaq. Milli Şuraya daxil olan bütün siyasi qüvvələr, partiyalar aksiyalarda iştirak edəcəklər"-deyə G.Aslanlı qeyd edib. Askiyaların nə zaman keçiriləcəyinə gəlincə, G.Aslanlı hələlik bu barədə danışıqların getdiyini deyib.Amma burda diqqəti cəlb edən məsələ İctimai Palatanın mitinqləri təxirə salsada hələ də mövcud olaraq qalmasıdır. Ekspertlər hesab edir ki, İctimai Palatanın qorunub saxlanılması sırf İsa Qəmbərin prezidentliyə namizədliyi ilə bağlıdır. Belə ki, İctimai Palatadan AXCP kənarlaşdırılandan sonra bu qurum həm də İsa Qəmbərin seçki qərargahı rolunu oynayacaq. Bunu da qeyd edək ki, İsa Qəmbərin prezident seçkilərində iştirakına artıq şübhə yoxdur. Son iki gün ərzində AXCP-Müsavat münasibətlərinin gərginləşməsi də bununla bağlıdır. Demək olar ki, hazırda AXCP əsasən sosial şəbəkələrdə İsa Qəmbərə qarşı kompaniyaya start veriblər və belə rəy yaradılır ki, İsa Qəmbər indidən Milli Şuranın şərtlərini pozub. Müsavata yaxın çevrə isə daha çox Rüstəm İbrahimbəyovla bağlı şübhələri artırırlar. İndi isə qayıdaq mitinqlərə. Ekspertlər hesab edir ki, bu gün Milli Şura mitinqlərə, küçə aksiyalarına sadəcə olaraq hazır deyillər. Çünki hələ Milli Şuranın heç öz strukturu formalaşmayıb. Bundan başqa hesab edilir ki, hətta aksiyalar təşkil olunsada belə partiyalar real güclərini ortaya çıxartmayacaq, hədəfdə yalnız AXCP qalacaq. Çünki Müsavatda tərəddüd var ki, Rüstəm İbrahimbəyov sona qədər mübarizə aparmayacaq. Belə olan halda qanunsuz aksiya keçirərək partiya üzvlərinin təzyiqlərə məruz qalmasına razılıq verməyəcəklər. Bundan başqa sıravi partiya üzvləri də Rüstəm İbrahimbəyova görə özlərini hədəfə gətirməyəcəklər. Bunu da qeyd edək ki, hakimiyyət baş verən prosesləri ciddi təhlil edir və belə nəticə çıxartmaq olar ki, hakimiyyət bir addımda olsa belə geri çəkilməyəcək. Elə "Nida" təşkilatının üzvlərinin həbsi də bununla bağlıdır. Belə ki, qanunsuz aksiya keçirərək aqressiv addımlar atmağa çalışan gənclər həbs edildi və bu gün beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq hakimiyyət onların həbsdə qalmasını təmin etdi. Bununla da sübut etdi ki, proseslərə nəzarəti özündə saxlayır və bu belə də davam edəcək. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, müxalifət və ya Milli Şura mitinq qərarı çıxararsa ciddi yanlışlığa yol verəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24