Göyçayda çoban kanalda bataraq ölüb.

"Unikal" xəbər verir ki, hadisə Yuxarı Şirvan Su Kanalının Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Seyidov İlkin Bəhram oğlu çoban işlədiyi fermanın xırda-buynuzlu heyvanlarını otarmaq üçün apardığı su kanalının üzərindən keçən su borusunun üzərinə çıxıb qarşı tərəfə keçmək istəyən zaman ayağı sürüşərək, öz ehtiyatsızlığından su kanalına yıxılıb.

Nəticədə İlkin Seyidov boğulub, onun meyiti su kanalından çıxardılıb.

Faktla bağlı araşdırma aparılır.