Rüstəm İbrahimbəyov baykot üçün lazımdır
19:24 10-07-2013
CƏMİYYƏT
Rüstəm İbrahimbəyov baykot üçün lazımdır
AXCP planını həyata keçirtməyə çalışır
Rüstəm İbrahimbəyov son bəyanatlarında daha iddialı görünməyə başlayıb. Vaxtaşarı verdiyi açıqlamalarda bəyan edir ki, ABŞ-da və Rusiyada ciddi danışıqlar aparmışam və müəyyən uğurlara nail olmuşam. Bundan başqa o hazırlaşır ki, Avropada və Türkiyədə də bir sıra görüşlər keçirtsin. Maraqlıdır, bəs bu görüşlər nəyi dəyişə bilər? Öncəliklə qeyd edək ki, Rüstəm İbrahimbəyovda etiraf edib ki, bütün görüşlərdə bildirilib ki, onu açıq şəkildə müdafiə etməyəcəklər.
Sadəcə proseslərdə neytral qalacaqlar. Bu isə indidən o deməkdir ki, Rüstəm İbrahimbəyov heç nəyə nail olmayıb və beynəlxalq güclər sözsüz ki, təsadüfi bir simaya anındaca qucaq aça bilməzdilər. Amma bu prosesdən müəyyən hakimiyyətlərdən kənar qüvvələr istifadə etməyə çalışacaqlar. Söhbət beynəlxalq statusları olan və Azərbaycan hakimiyyətindən narazı qüvvələrdən gedir. Hazırda Rüstəm İbrahimbəyovun da məqsədi məhz bu qüvvələri Azərbaycana yönəltməkdir. Ən azından onların seçki prosesində müşahidəçi qismində iştirakından söhbət gedir. Amma məsələnin tamam başqa bir tərəfidə var. Bu isə Rüstəm İbrahimbəyovun ümumiyyətlə seçkilərdə iştirakının hüquqi baxımdan təmin edilməməsindən gedir. Yəni konstitusiyaya görə Rüstəm İbrahimbəyov seçkilərə qatıla bilməz. Belə ki, çünki Seçki Məcəlləsinin 53-cü maddəsində fərdi qaydada namizədliyin verilməsi, 54-cü maddədə isə siyasi partiya, siyasi partiya blokları tərəfindən namizədin irəli sürülməsi qaydaları əksini tapıb. Milli Şura Azərbaycanda qeydiyyatdan keçməyib - lap keçsə belə - qeyri-hökumət təşkilatıdır. Yəni namizədi ancaq ya siyasi partiya, ya siyasi partiyaların bloku, ya da öz təşəbbüsü ilə yaradılan seçicilər birliyi irəli sürə bilər. Qalan hallarda hansısa QHT, ictimai təşkilat namizəd irəli sürə bilməz. Ona görə də Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi üçün orada yığışan siyasi partiyalar özlərinin rəhbər orqanlarının qərarını çıxartmalıdırlar, sonra birləşməlidirlər, hər biri qurultaylarını keçirməlidir. Bundan sonra blok adından onun namizədliyini irəli sürə bilərlər. O zaman hesab olunacaq ki, məsələ Seçki Məcəlləsinin tələblərinə uyğundur. İkinci tərəfdən, Konstitusiyanın 100-cü maddəsində 4 müddəa Rüstəm İbrahimbəyovun namizəd olmasına imkan vermir. Burada birinci göstərilir ki, ikili vətəndaşlığı olanlar... Sonra 10 il müddətində daimi Azərbaycan ərazisində yaşamalıdır. Rüstəm İbrahimbəyov 2 il Rusiyada, 1 il başqa yerdə yaşayır, sonra qayıdır və 3 ay Azərbaycanda olur, yenə gedir. Özü də xaricə ezamiyyətə getmir, öz vətənində yaşamağa gedir. İkili vətəndaşlığının olması da onu göstərir ki, o, özünə vətən kimi seçdiyi ölkədə yaşayır. İbrahimbəyov daimi 10 il Azərbaycanda yaşamayıb. Deməli, Konstitusiyanın bu müddəası da onun namizədliyinə imkan vermir. Üçüncüsü, digər ölkənin qarşısında öhdəlik məsələsi var. Rusiya vətəndaşı olduğu üçün o, həmin ölkə qarşısında avtomatik olaraq vətəndaş kimi öhdəlik əldə edib. İkinci tərəfdən, 2002-ci ildə Konstitusiya Məhkəməsi şərh verdi ki, iqtisadi, vergi öhdəlikləri də bura daxildir. Rüstəm İbrahimbəyovun da vergi və digər məsələlərlə bağlı Rusiya dövləti qarşısında öhdəlikləri var. Dördüncüsü, törədilən cinayət məsələsindən söhbət gedir. Ola bilər ki, külli miqdarda vergidən yayınıb, yaxud özgəsinin əmlakını mənimsəyib, bunun özü də ağır cinayət hesab oluna bilər.Beləliklə aydın olur ki, Milli Şura indidən yeni namizəd haqqında düşünməlidir. Amma belə fikirlərdə səsləndirilir ki, Rüstəm İbrahimbəyovun namizəd ola bilməyəcəyini AXCP rəhbərliyi öncədən bilirmiş. Amma bunu gündəmə gətirməyərək çalışıblar ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasın və bundan sonra müxalifətin seçkiləri baykot etməsini istiqamətləndirsinlər. Elə bu səbəbdən də hazırda Müsavat İsa Qəmbərin namizədliyi üzərində dayanıb və Rüstəm İbrahimbəyov variantı alınmazsa İsa Qəmbərlə seçkilərə getsinlər. Çünki Müsavat ilk gündən bəyan edib ki, seçkilərin baykotuna razılıq verməyəcəklər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21