Ermənilərdən daha bir siyasi terror
19:26 10-07-2013
CƏMİYYƏT
Ermənilərdən daha bir siyasi terror
Bütün ermənilərin Katalikosu II Qaragen də Azərbaycan tərəfindən “satın alınıb”?
İrəvanda moldovalı ombudsman Aureliya Qriqoriunun məruz qaldığı siyasi, mənəvi terror bir daha onun sübutudur ki, bu ölkədə hələ də beynəlxalq hüququn dilində danışmağı öyrənə bilməyiblər, onlar hətta artıq öz əsl mahiyyətlərini belə gizlətməkdən çəkinməyərək, xislətlərindəki yeganə arqumenti - terroru həvəslə dilə gətirirlər.
Üzlərindəki maskaları tamamilə çıxarıb atıblar. Və indi dünya ictimaiyyəti, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Azərbaycanın ərazilərinin işğal edilməsində və Azərbaycanın Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərin soyqırımının törədilməsində birbaşa iştirak edən hərbi bandanın idarə etdiyi ölkədə Moldovadan olan ombudsman Aureliya Qriqoriuya qarşı nümayiş etdirilən terrora ədalətli qiymət verməlidirlər.
Beynəlxalq hüquq-müdafiə təşkilatları da öz sanballı sözlərini bu məsələ ilə bağlı deməlidirlər. Onların susqunluğu erməni tərəfinin onsuz da özünün əldə əsas təzyiq vasitəsinə çevirdiyi terroru dəstəkləmək kimi qiymətləndirilə bilər.
Nəhayət, əlbəttə ki, əgər onlar həqiqətən mövcuddurlarsa, erməni ictimaiyyətinin, ziyalı təbəqəsinin nümayəndələrini, hüquq-müdafiə təşkilatlarının təmsilçilərini eşitmək istərdik. Onların heç biri hiddətlənmiş ermənilərdən xilas olmaq və birtəhər canını qurtarmaq üçün Ermənistanı gizlicə tərk etmək məcburiyyətində qalan Moldova ombudsmanına qarşı nümayiş etdirilən terroru qınamayıb.
Bu susqunluğun özü də sözügedən faktın doğruluğunu sübuta yetirmiş olur – Ermənistanda nə ziyalılar var nə hüquq müdafiəçiləri, nə də normal əxlaqa malik olan insanlar. Orada yalnız hakim quldur dəstənin onlara verdiyi rolu oynamağa vadar olanlar var. İndi bu dəstə onlara susmaq və Aureliya Qriqoriunu qınaq atəşinə tutmaq göstərişi verib. Və bu “fas” komandası da yuxarıdan əhliləşdirilmiş şəkildə həyata keçirilir.
Və biz onu da görürük ki, Ermənistanın ombudsmanı Karen Andreasyan heç olmasa xanım Qriqoriunun məruz qaldığı və üzləşdiyi terroru sözdə də olsa pisləmək əvəzinə, növbəti həftə Moldova parlament ombudsmanının hərəkətləri ilə bağlı Beynəlxalq Ombudsmanlar Assosiasiyasına və insan hüquqları ilə məşğul olan beynəlxalq qurumlara müvafiq etiraz notası göndərməyə hazırlaşır.
Bu onu sübuta yetirir ki, Ermənistanda ombudsman yoxdur, ölkəni idarə edən hakim dəstənin etimadını doğrultmaq üçün sözügedən vəzifədən istifadə edən adam var.
Ermənistanda heç müstəqil KİV-lər də mövcud deyil. Ermənistanda dərc olunan nəşrlərin heç birində Moldova ombudsmanı ilə haqq-hesab çürütməyə çağıran, ondan qisas almaq eşqində olan qızğın beyinləri soyutmağa cəhd belə nəzərə çarpmadı. Əksinə, bütün erməni KİV-ləri yalan və cəfəngiyatlar tirajlamağa davam etdilər.
İş o yerə çatdı ki, həmin nəşrlərdə Aureliya Qriqoriunun bir müddət əvvəl Bakıda olması, bu səbəbdən də, onun “Azərbaycan tərəfindən pulla satın alınması” barədə qeydlər və yazılar da gözə dəyməyə başladı.
Mən sadəcə olaraq, onu xatırladım ki, Bakıya ötən il ərzində 2 milyondan artıq turist səfər edib. Nədir, bəyəm bu şəxslərin hamısı “satın alınıb”? Onlara Ermənistana səfər etməyi qadağan etmək və onları da Moldova ombudsmanının Ermənistanda məruz qaldığı terrora düçar etmək lazımdır?!
Yeri gəlmişkən, Bakıya gələn şəxslər arasında bütün ermənilərin Katalikosu II Qaragen də var idi. O da Azərbaycan tərəfindən “satın alınıb”?
Bəlkə, Azərbaycana səfər edən bütün erməni idmançıları, siyasətçiləri də ölkəmiz tərəfindən muzdla tutulub?!
Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədrləri də əvvəlcə Bakıya, sonra da Ermənistana dəfələrlə səfərlər ediblər. Onlar da Azərbaycan tərəfindən “satın alınıblar, ay erməni yalançıları?! Bəlkə, elə söhbəti yuvarlaqlaşdıraq, bütün dünya da Azərbaycan tərəfindən pulla “satın alınıb”?
Ermənistanı idarə edən hakim quldur dəstənin istənilən əmrini sözsüz yerinə yetirməyə adət edənlərdən bu cəfəng sözləri də eşitsəm, artıq təəccüblənmərəm.
O hakim quldur dəstə ki, Ermənistanı uçurumun lap kənarına gətirib çıxarıb, ölkəni Cənubi Qafqazın ən geridə qalmış dövlətinə çevirib. Həmin quldur dəstə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətin qorunması yolu ilə nizamlanmasına maneçilik törətmək istəyir.
Həmin quldur dəstə ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünyanın tanıdığı və qəbul etdiyi faktını, əksinə qondarma “Dağlıq Qarabağ Respublikası”nı Ermənistanın özü də daxil olmaqla, heç bir dünya dövlətinin tanımaması faktını guya gözü görmür və ya özünü bu məsələdə bilməməzliyə vurur. Həmin quldur dəstə ki, Xocalıda törədilən soyqırımının tanınmasının artıq labüd xarakter aldığını guya görməzdən gəlir.
Əkbər Həsənli
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41