Muxtar Babayevin adı pul qalmaqalında
19:26 10-07-2013
CƏMİYYƏT
Muxtar Babayevin adı pul qalmaqalında
Deputatın istehsalat birliyi ilə məşhur qazax şirkəti arasında nə baş verir
Qazaxıstanın məşhur şirkətlərindən sayılan və dünyanın bir neçə ölkəsində filialları olan "Polymer-Trade" LTD "Azərkimya" İstehsalat Birliyini məhkəməyə verib.
Bu barədə verilən məlumata görə, "Polymer-Trade" LTD-nin belə sərt addım atmasına səbəb cavabdeh "Azərkimya" İstehsalat Birliyinin Qazaxıstan şirkətinin pulunu və vurulan zərəri ödəməməsindən qaynaqlanıb.
mia.az saytını məlumatlandıran informasiyalı şəxsin sözlərinə görə, "Polymer-Trade" LTD qeyd olunan iddia tələbləri ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Ancaq sözügedən məhkəmə instansiyasının qətnaməsi mübahisəni həll etməyib. Yəni tərəflər bu qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.
Məlumata görə, Qazaxıstan şirkəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən kəskin narazı qalıb: "Bildiyimə görə, Qazaxıstan şirkətinin rəhbərliyi üzləşdikləri problemlərlə bağlı ölkələrinin Azərbaycandakı səfirliyini də məlumatlandırıblar. Hələlik səfirlik üst məhkəməyə müraciət etmək tövsiyəsini verib. Bunu nəzərə alan şirkət rəhbərliyi hüquqi müstəvidə mübarizələrini davam etdirirlər".
İddiaçı "Polymer-Trade" LTD ilə "Azərkimya" İstehsalat Birliyi arasındakı məhkəmə çəkişməsinin hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırıldığını da deyən mənbənin sözlərinə görə, sözügedən məhkəmədə işə hakim Hilal Xəlilovun sədrliyi ilə baxılır: "Hakim Qazaxıstan şirkətinin pulun geri qaytarılması və ziyanın ödənilməsindən bəhs edən şikayəti üzrə iyulun 11-də növbəti proses keçirəcək. Ola bilər ki, həmin günü qərar da açıqlansın".
Xatırladaq ki, adıçəkilən istehsalat birliyinə Muxtar Babayev rəhbərlik edir. Babayev həm də dördüncü çağırış parlament seçkilərində Milli Məclisə üzv seçilib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00